RU

Amerikalı ekspert: Vensin səfəri ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi üçün çox vacibdir



"Vitse-prezident Cey. Di. Vensin Bakıya səfəri həqiqətən strateji baxımdan vacibdir". BunuAZƏRTAC-a açıqlamasında ABŞ-ın Saratoqa Fondunun prezidenti Qlen Hovard deyib. Onun sözlərinə görə, səfər Azərbaycanın ABŞ-dakı mövqeyinin dəyişdiyini, münasibətlərin əlaqələrdən strateji tərəfdaşlığa keçdiyini göstərir. "Bu isə ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi üçün çox vacibdir. ABŞ Azərbaycana bərabərhüquqlu dövlət kimi yanaşır və buna görə də artıq Ermənistanla münasibətlərə prioritet vermir, əksinə, Azərbaycanı əvvəlkindən daha yüksək səviyyəyə qoyur. Beləliklə, ABŞ artıq Azərbaycana yanaşmasında balanslıdır. Bu, həmçinin göstərir ki, TRIPP dəhlizinin gələcəyi də Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi üçün vacibdir",- deyə ekspert əlavə edib. Hovard bildirib ki, ABŞ-ın indi Azərbaycana bərabərhüquqlu tərəfdaş kimi yanaşması Azərbaycan üçün çox vacibdir və iki ölkənin gələcəyi üçün böyük perspektivlər açır.
Избранный
5
4
baki-xeber.com

5Источники