RU

Pezeşkian Azərbaycana təşəkkür etdi

BAKI, 11 fevral. TELEQRAF

“İranda hələ də enerji çatışmazlığı və digər problemlər davam edir”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian hökumətin iclasında deyib.

Prezident əlavə edib ki, İran qırmızı xətləri qorumaq şərti ilə dünya ilə dialoqa hazırdır.

Məsud Pezeşkian rəhbərlik etdiyi hökumətin qonşu ölkələrlə səmimi və qardaşlıq münasibətləri yaratmaq üzərində işlədiyini vurğulayıb.

“Türkiyə Prezidenti və xarici İşlər naziri, həmçinin Azərbaycan, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Misir hökumətlərinə diplomatik səyləri və İrana dəstək bəyanatlarına görə təşəkkür edirik”, - o əlavə edib.

Избранный
180
5
teleqraf.com

6Источники