RU

Uşaq bağçasında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 6 azyaşlı xəstəxanaya YERLƏŞDİRİLDİ

Permdə uşaq bağçasında kütləvi zəhərlənmə baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Rusiyanın Perm şəhərində yerləşən 394 nömrəli uşaq bağçasında kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, bağçanın 25 yetirməsində zəhərlənmə simptomları aşkar edilib.

Vəziyyəti pisləşən 6 uşaq dərhal xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, daha əvvəl “Rospotrebnadzor” həmin bağçada bağırsaq infeksiyasının yayıldığı barədə məlumat yayımlamışdı, lakin həmin vaxt xəstələnənlərin sayı dəqiqləşdirilməmişdi.

Hazırda faktla bağlı təhqiqat aparılır.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
42
interpress.az

1Источники