RU

“Lokomotiv”in futbolçusu “Turan Tovuz”da – FOTO

"Turan Tovuz" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa təmsilçisi Mark Rene Mampassini heyətinə qatıb. Moskva “Lokomotiv”inə məxsus olan müdafiəçi icarə əsasında mövsümün sonunadək komandanın şərəfini qoruyacaq.
 

Qeyd edək ki, Donetsk “Şaxtyor”unun yetirməsi olan 22 yaşlı futbolçu karyerası ərzində Ukraynada “Mariupol, Türkiyədə “Antalyaspor”, Belçikada isə “Kortriyk”in formasını geyinib.


Ukrayna Premyer Liqasında “Mariupol”un heyətində 21 oyunda meydana çıxan futbolçu, Belçika yüksək liqasında 35, Rusiya Premyer Liqasında isə 18 oyunda meydanda olub.

Karyerası ərzində ümumilikdə 87 oyun keçirən mərkəz müdafiəçisinin aktivində 1 qol və 3 məhsuldar ötürmə var.


Bizim.Media

Избранный
13
16
bizim.media

10Источники