RU

Yaxşı oyun göstərməyə və meydandan 3 xalla ayrılmağa çalışacağıq Baku Sportinq in məşqçisi qələbəyə köklənib

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

1-ci Liqanın 14-cü turunda çempionluq uğrunda mübarizə aparan "Baku Sportinq" MOİK-i qəbul edəcək. Buzovna təmsilçisinin məşqçisi Röyal Nəcəfovla əlaqə saxlayıb qarşıdakı matçdan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Bizi ağır oyun gözləyir. MOİK bu liqanın ən təcrübəli komandalarından biridir. Rəqibin turnir cədvəlindəki mövqeyi real gücündən xəbər vermir. MOİK çox yaxşı heyətə malik komandadır. Birinci dövrədə onlarla səfərdə heç-heçə etmişdik. Həmin qarşılaşma da gərgin mübarizə şəraitində keçmişdi. Bu dəfə evdə oynayacağıq. Yaxşı oyun göstərməyə və meydandan 3 xalla ayrılmağa çalışacağıq. Çempionluq uğrunda sonadək mübarizə aparmaqda qərarlıyıq".

"Baku Sportinq" - MOİK görüşü fevralın 12-də keçiriləcək. Matçın start fiti 14:30-da səsləndiriləcək.

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
1
fanat.az

2Источники