Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakı, 11 fevral, AZƏRTAC
Aprelin 7-8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə menecment və yeni təlim texnologiyaları” magistrantların VIII Respublika elmi konfransı keçiriləcək.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, konfransın elmi bölmələri təhsildə strateji idarəetmə, innovasiyalar və təhsilin keyfiyyəti, tədrisin müasir problemləri və təhsildə sosial-psixoloji xidmət istiqamətlərini əhatə edir.
Tezislərin mətni konfransın müvafiq bölməsinin mövzusuna uyğun olmalıdır.
Müraciətlər martın 16-dək qəbul edilir.
Əlaqə üçün [email protected] ünvanına yazmaq olar.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.