RU

Azərbaycan səfiri Məsud Pezeşkianı təbrik etdi - VİDEO

Bu gün İslam İnqilabının 47-ci ildönümü ilə bağlı İran Prezident Məsud Pezeşkianı təbrik edən diplomatların arasında Azərbaycan səfiri Əli Əlizadə də olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə özü "X"də paylaşım edib.

"Səfirlər/missiya rəhbərləri üçün keçirilən "Salamlama və Təbrik Mərasimi"ndə İran İslam Respublikasının Milli Günü münasibətilə hörmətli Prezidentə, xarici işlər nazirinə və bir sıra ölkə rəsmilərinə təbriklərimizi çatdırdıq.

Əziz İran xalqını İranın Milli Günü münasibətilə təbrik edir, onlara sülh, əmin-amanlıq və xoş günlər arzulayıram!" - deyə səfir qeyd edib.


Telegram kanalımız
Избранный
24
yenisabah.az

1Источники