525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Kiçik və orta biznesin inkişafı üçün əlverişli biznes mühitinin yaradılması, kredit resurslarına çıxışın genişləndirilməsi və inzibati maneələrin azaldılması gəlirlərin daha geniş əhali qrupları arasında bölüşdürülməsinə imkan verir. Sosial siyasət də bu prosesin ayrılmaz hissəsidir. Ünvanlı sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi, regionlararası inkişaf fərqlərinin azaldılması və infrastruktur layihələrinin genişləndirilməsi iqtisadi artımın sosial təsirini gücləndirir”.
Bunu 525.az-a iqtisadçı ekspert Asif İbrahimov deyib. O bildirib ki, regionlarda iqtisadi fəallığın artırılması insanların yaşayış səviyyəsinə birbaşa təsir göstərən əsas amillərdəndir. Bu prosesdə dövlətin rolu strateji istiqamətlərin müəyyənləşdirilməsi, institusional islahatların həyata keçirilməsi və ədalətli rəqabət mühitinin təmin olunmasıdır. Bazar isə resursların səmərəli bölüşdürülməsi, innovasiya və investisiyaların təşviqi vasitəsilə iqtisadi dinamikanı təmin etməlidir:
“Vətəndaşların rolu iqtisadi fəallığın artırılması, sahibkarlıq təşəbbüslərinin genişləndirilməsi və insan kapitalının inkişafına yönəlmiş fərdi səylərlə bağlıdır. Ümumilikdə, iqtisadi artımın real rifaha çevrilməsi yalnız kompleks struktur islahatlar, effektiv idarəetmə və dövlət–bazar–cəmiyyət əməkdaşlığının balanslı şəkildə qurulması ilə mümkündür. Məhz bu halda iqtisadi göstəricilərdəki artım vətəndaşların gündəlik həyatında da hiss olunacaq və sosial sabitlik daha da möhkəmlənəcək".
Sevinc Qarayeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.