RU

“Neft gəlirlərinin azalması ciddi çağırışlar yaradır”

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu azaldıb.

Bu barədə EIA “Qısamüddətli enerji perspektivi” adlı hesabatın fevral ayı üzrə açıqladığı məlumatda qeyd edilib.

EIA-nın yenilənmiş məlumatlarına əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 540 min barel təşkil edəcək. Ötən il bu rəqəm 570 min barel olub ki, bu da müqayisədə 30 min barel və ya 5,3 % azdır.

Bu ilin birinci rübündə neft hasilatının sutkada 550 min barel olacağı gözlənilir. Bu, yanvarda verilən proqnozla müqayisədə eynidir.

Gununsesi.info xəbər verir ki, məsələyə münasibət bildirən iqtisadçı Natiq Cəfərli neft hasilatının hər il azaldığını vurğulayıb.

Onun sözlərinə görə, yaxın illərdə neftin illik orta qiymətinin 55–60 dollar civarında olacağı gözlənilir.

İqtisadçı hesab edir ki, bu vəziyyət ölkə üçün ciddi problemlər və çağırışlar yaradır. Hökumət problemləri görsə də, onların həllinə tələsmir.

“İqtisadiyyatda inkişafın və rifahın artmasının təmin edilməsi üçün idarəetmə və məhkəmə islahatları zəruridir. Hökuməti çəkindirən məqam da məhz budur. Mövcud idarəetmə və məhkəmə sisteminə toxunmaq istəmirlər. Halbuki əsas səbəb aradan qaldırılmadan nəticənin dəyişməsi mümkün deyil”, – deyə Natiq Cəfərli bildirib.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
icma.az

1Источники