RU

Azərbaycan iqtisadiyyatı 1,7 faiz artıb

Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar ayında Ümumi Daxili Məhsul istehsalı barədə məlumatları açıqlayıb.

Qeyd edilib ki, 2026-cı ilin yanvar ayında ölkədə 9 milyard 78,7 milyon manatlıq və ya əvvəlki ilin yanvar ayı ilə müqayisədə 1,7 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 2,3 faiz artmışdır.

ÜDM istehsalının 33,9 faizi sənaye, 11,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2 faizi informasiya və rabitə sahələrinin, 23,4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 11,7 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 884,5 manata bərabər olmuşdur.

Избранный
28
13
marja.az

10Источники