RU

Elşad Həsənovun 70 illik yubileyi qeyd edildi (FOTO)

Bakı. Trend:

“Borçalı Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı iləAtatürk Mərkəzində politoloq, yazıçı-publisist, jurnalist,Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan YazıçılarBirliyinin üzvü, ictimai-siyasi xadim, polkovnik Elşad Həsənovun 70illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Trend xəbərverir ki, tədbirdə yazıçılar, media və ictimaiyyət nümayəndələriiştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ramiz Həsənov yubilyarın həyatyolundan söz açıb, təhsili və yaradıcılığından qısaca məlumatverib.

Çıxış edən Vahid Qarayazılı Elşad Həsənovu təbrik edib və onunhəyat fəaliyyətindən, uşaqlıq və gənclik illərindən söz açıb.Yubilyarın insani keyfiyyətlərinə diqqət çəkən Vahid Qarayazılıonun müstəqil düşüncəli, mərd, cəsarətli insan olduğunu deyib, həmelitada, həm ictimaiyyət arasında, həm də dostlarının yanında nüfuzsahibi olduğunu qeyd edib.

Muxtar İmanov isə çıxışında Elşad Həsənovun hər şeyijurnalistika hesabına qazandığına diqqət çəkib:

“Hər şey jurnalistikadan başlayır. Jurnalistikanın ən çətinsahəsi isə məhz ictimai-siyasi jurnalistikadır. Bu sahə birbaşaxalqın milli şüuruna təsir edir. Elşad Həsənov bu çətin işinöhdəsindən uğurla gəlib. Bu gün Azərbaycanda, Azərbaycan ətrafında,Qafqazda baş verən bütün prosesləri təhlil edə bilməkpotensialındadır. Bu gün tədbirin Borçalı Cəmiyyəti tərəfindənkeçirilməsi olduqca simvolik məna daşıyır. Çünki Elşad HəsənovBorçalı ilə mənəvi bağlı nadir insanlardan biridir”, – o qeydedib.

Diplomat Həsən Həsənov isə çıxışında Birinci Qarabağ hadisələrizamanı baş verən proseslər fonunda Elşad Həsənovun fəaliyyətindənbəhs edib:

“Həmin vaxt Elşad Qazaxda Dövlət Təhlükəsizlik Orqanlarındaçalışırdı. O vaxt ermənilərlə danışıq aparmaq lazım idi. Elşadnamizəd oldu. Getdilər. Qayıdanda özü demədi, amma orada olanlarmaraqlı bir əhvalat danışdı. Bizim nümayəndə heyəti ermənilərlədanışıq apararkən binaya silahlı ermənilər daxil olub və içəridəhərbçi olduğunu bildiriblər. Deyiblər ki, onu bizə təhvilverməsəniz, hamını əsir götürəcəyik. Hamı özünü itirib, Elşaddanbaşqa. Onun silahı var idi. Ayağa durub deyib ki, təslimolmayacağam, vuruşaq, mən bu riskə hazıram. Ermənilər müraciətedib, rus əsgərləri gəlib, silahlı erməniləri götürüb aparıblar.Yəni, o, cəsarətli insandır”.

Həsən Həsənov Elşad Həsənovun siyasi politoloq və jurnalist kimixüsusi bir iz qoyduğunu da qeyd edib.

Professor Nizami Cəfərov da çıxışında Elşad Həsənovun həyat vəyaradıcılığından, insani keyfiyyətlərindən söz açıb. Onun jurnalistkimi, mütəxəssis kimi, eyni zamanda el-obaya bağlı insan olaraqictimaiyyət arasında etibar qazandığını vurğulayıb.

Şair, tərcüməçi, publisist, ictimai xadim, professor, Estoniyaprezidentinin şəxsi tərcüməçisi Xəqani Qayıblı da təbrik çıxışındaqeyd edib ki, siyasi şərhçi olmaq üçün dilin səlistliyi və cəsarətönəmlidir və yubilyarda bu keyfiyyətlərin hamısı toplanıb.

Tədbirdə ədəbi tənqidçi Əsəd Cahangir, hüquqşünas Aslanİsmayılov, İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçmiş direktoruİftixar Piriyev, Elşad Həsənovun həyat yoldaşı alim Sevil Həsənova,Elşad Həsənovun qardaşı, iş adamı Musa Həsənov və digərləri çıxışedib, Elşad Həsənovun insani keyfiyyətlərindən, yaradıcılıqfəaliyyətindən söz açıb, ona həsr etdikləri şeirləri səsləndirib,yetmiş illik yubileyi münasibətilə təbrik ediblər.

Sonda söz Elşad Həsənova verilib. O, çıxışında tədbiriştirakçılarına təbriklər və iştirak üçün təşəkkür edib:
"Biz fəxr edirik ki, Azərbaycan dünyada qlobal səviyyədə təmsilolunur. Azərbaycan artıq Amerika arenasına çıxır. Bu, bizim gələcəknəsil üçün böyük stimuldur. Bu tədbirin təşkili üçün "BorçalıCəmiyyəti"nə təşəkkür edirəm".

Tədbirin sonunda Elşad Həsənova “Borçalı Cəmiyyəti” İctimaiBirliyinin "El adamı" mükafatı təqdim edilib.

Qeyd edək ki, Elşad Həsənov 12 fevral 1956-cı ildə qədimQarayazıda, indiki Gürcüstanın Qardabani rayonunun Kosalı kəndindədünyaya göz açıb. Orta təhsilini doğma kəndindəki məktəbdə alıb.1979-cu ildə Bakı Dövlət Universitetini bitirib. Uzun müddət keçmişMilli Təhlükəsizlik Nazirliyində məsul və yüksək vəzifələrdəçalışıb. 2011-ci ildə polkovnik rütbəsi alıb. Azərbaycan YazıçılarBirliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Qarabağmüharibəsi veteranıdır. Bir çox kitabların müəllifi olan ElşadHəsənov hazırda politoloq və təhlükəsizlik eksperti kimi fəaliyyətgöstərir.

Elşad
Elşad
Elşad
Elşad
Elşad
Elşad
Elşad
Elşad
Elşad
Elşad
Elşad
Elşad
Elşad
Elşad
Elşad
Elşad
Elşad
Elşad
Elşad
Elşad
Elşad
Избранный
11
az.trend.az

1Источники