RU

Rusiya Hindistandan ucuz işçilər gətirir Bunun üçün

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada Ukrayna müharibəsi fonunda artan gərginlik və əmək bazarında yaranmış ciddi çatışmazlıq Moskvanı yeni xarici işçi qüvvəsi mənbələri axtarmağa vadar edib. BBC-nin yaydığı məlumata görə, ənənəvi olaraq Orta Asiya ölkələrindən gələn miqrantların sayının azalması səbəbindən Rusiya indi əsas diqqəti Hindistana yönəldib.

Rəsmi məlumatlara əsasən, hazırda ölkədə azı 2,3 milyon işçi çatışmazlığı var. 2021-ci ildə – Ukraynaya hücumdan bir il əvvəl – Hindistan vətəndaşları üçün cəmi 5 minə yaxın iş icazəsi verilmişdisə, ötən il bu rəqəm təxminən 72 minə yüksəlib. Şirkət rəhbərlərindən Aleksey Filipenkov bildirib ki, hazırda Rusiyada ən çox tələb olunan xarici işçilər məhz Hindistandandır.

Bununla yanaşı, Orta Asiya ölkələrindən gələn işçilər hələ də say baxımından üstünlük təşkil edir və ötən il viza tələb olunmayan 2,3 milyon qanuni miqrantın böyük hissəsini onlar təşkil edib. Lakin rublun dəyər itirməsi, miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi və artan anti-immiqrant ritorika bu axının azalmasına səbəb olub. Nəticədə Rusiya digər ölkələr üçün viza kvotalarını artırmağa başlayıb.

Hindistanın yeni əsas işçi qüvvəsi mənbəyi kimi seçilməsi Moskva ilə Yeni Dehli arasında mövcud olan sıx iqtisadi və müdafiə əməkdaşlığının göstəricisi kimi qiymətləndirilir. Dekabr ayında Vladimir Putin və Narendra Modi Rusiyada hindistanlıların işə qəbulunu asanlaşdıran saziş imzalayıblar. Baş nazirin birinci müavini Denis Manturov isə bəyan edib ki, Rusiya qeyri-məhdud sayda hind işçi qəbul etməyə hazırdır. Onun sözlərinə görə, təkcə istehsal sahəsində azı 800 min, xidmət və tikinti sektorlarında isə əlavə 1,5 milyon işçiyə ehtiyac var.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
azpolitika.info

1Источники