RU

Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb - FOTO

Heydər Əliyev Mərkəzi Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey Di Vensin şərəfinə ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

"Bu gözəl jest ABŞ–Azərbaycan tərəfdaşlığının güclü və inkişaf edən xarakterini əks etdirir və dostluğumuzun, əməkdaşlığımızın, eləcə də daha parlaq gələcək və qarşılıqlı rifah naminə ortaq öhdəliyimizin güclü simvoludur", - deyə paylaşımda qeyd edilib.

Dünən axşam Heydər Əliyev Mərkəzi ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin rəsmi səfəri münasibətilə Amerika bayrağının rəngləri ilə işıqlandırılıb. Bu gözəl jest 🇺🇸ABŞ-🇦🇿Azərbaycan tərəfdaşlığının güclü və inkişaf edən xarakterini əks etdirir və dostluğumuzun,… pic.twitter.com/BNBNs9pBkm

— U.S. Embassy Baku (@USEmbassyBaku) February 11, 2026

Избранный
90
2
missiya.az

3Источники