RU

“İndi Bakının əsas istəyi Xartiyaya zidd olan 907 ci düzəlişin ləğvidir” Politoloq

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri zamanı Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası imzalandı. Bu, hər iki ölkənin münasibətlərinə ciddi şəkildə təsir göstərəcək və onu yeni mərhələyə çıxaracaq”.

Bu barədə 525.az-a politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, Xartiyada çox vacib məqamlar var, xüsusilə tərəflərin bir-birilə daha sıx siyasi münasibətlər qurmasına dair müddəalar yer alıb.

“İndiyə kimi Birləşmiş Ştatlarla daha çox epizodik hallarda siyasi dialoq qurulurdu, Strateji Tərəfdaşlıq Xartiyasında isə göstərilib ki, dialoq, məsləhətləşmələr artıq mütamadi qaydada aparılacaq, bu da hər iki tərəf üçün çox vacibdir. Çünki dünyada, regionda siyasi proseslər çox sürətlə cərəyan edir, hər iki tərəf istəyir ki, onların maraqları müəyyən qədər uzlaşsın. İndiyə qədər belə deyildir, Azərbaycan-ABŞ münasibətləri sanki hansısa bir hadisələrə görə müəyyən dərəcədə inkişaf edirdi, sonra isə durğunluq yaşanırdı. İllərlə Birləşmiş Ştatların Azərbaycanda səfirləri olmurdu, elə indi də səfir yoxdur. Yeri gəlmişkən, ötən illərdə Azərbaycan-ABŞ münasibətlərinə erməni lobbisi çox mənfi təsir göstərirdi, sanki münasibətlərimizi ABŞ administrasiyası deyil, erməni lobbisi müəyyən edirdi, səfir təyinatı da erməni lobbisinin təsiri ilə baş verirdi. İnanıram ki, bu cür acınacaqlı vəziyyət daha olmayacaq. Hər halda Xartiyadakı müddəalar buna ümid verir”, - İ.Vəlizadə söyləyib.

Politoloq bildirib ki, səfər öncəsi ABŞ-dən Azərbaycana geniş nümayəndə heyətləri gəlmişdi, onların arasında biznes nümayəndələri, nüfuzlu yəhudi diasporunun təmsilçiləri var idi.

“Bu da ondan xəbər verir Azərbaycan-ABŞ münasibətləri tək siyasi müstəvidə dialoqla kifayətlənmir, burda iqtisadi maraqlar, digər məsələlər var. İndiki dinamikanı görəndə, başa düşürük ki, erməni lobbisi hansı ki, ABŞ-də uzun müddətdir fəaliyət göstərir, onlar təkcə Azərbaycan-ABŞ münasibətlərinə deyil, Vaşinqtonun öz maraqlarına da nə qədər ciddi ziyan vurublar. Ümid edirəm ki, ABŞ rəsmiləri bunu artıq dərk ediblər. Vens İrəvandan Bakıya gəlib, orda yenə cəhdlər olub ki, səfər öncəsi Azərbaycana qarşı hansısa təxribatlar törətsinlər. Azərbaycanda erməni separatçılarına oxunan hökmün ləğv olunmasını istəyirdilər, lakin Vens çox uzaqgörənlik etdi və bu təxribata yol vermədi. Bu da ondan xəbər verir ki, əslində artıq ABŞ-da, onların siyasi elitasında başa düşürlər ki, bu oyunlar nəyə hesablanıb, burda nə insan haqlarından söhbət gedir, nə başqa bir məsələdən. Sırf ermənilərin dar milli maraqlara işləyən qüvvələrin  istəklərinə xidmət etməkdən söhbət gedir. Düşünürəm ki, bütün bunları analiz edib, səhvləri anlayaraq regionda, yəni təkcə Cənubi Qafqazda deyil, bütün bu coğrafiyada, Mərkəzi Asiyada, Yaxın Şərqdə nüfuzunun artmasını, mövqeyinin möhkəmlənməsini istəyən ABŞ başqa cür davranacaq, nəticələr çıxaracaq”, - politoloq bildirib.

O əlavə edib ki, Bakının indi əsas istəyi ondan ibarətdir ki, erməni lobbisinin təkidi ilə qəbul olunmuş 907-ci düzəliş hansı ki, Xartiyaya çox ziddir, ləğv olunsun və ikitərəfli münasibətlər normal şəkildə inkişaf etsin.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
79
525.az

1Источники