RU

Ötən il Azərbaycanda kondensat hasilatı azalıb

Bakı. Trend:

Azərbaycanda 2025-ci ildə qaz kondensatı hasilatı 4,912 milyonton təşkil edib.

Trend DövlətStatistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ildəkigöstərici ilə müqayisədə 373 min ton və ya 7,1% azdır.

Hesabat ilində Azərbaycanda ümumi neft hasilatında kondensatınpayı 17,7%, neftin payı isə 82,3% (22,768 milyon ton) təşkiledib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan EnergetikaNazirliyinin məlumatına görə, 2025-ci ildə ölkədə qaz kondensatıdaxil olmaqla 27,7 milyon ton neft hasil edilib. Bu həcmdən 16,2milyon tonu “Azəri–Çıraq–Günəşli” (AÇG) yatağının, 3,8 milyon tonu“Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron” yatağının, 7,1 milyon tonuisə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb.

Hesabat dövründə qaz kondensatı daxil olmaqla 23,1 milyon tonneft ixrac olunub. Bunun 20 milyon tonu konsorsiumlar, 2,5 milyontonu SOCAR, 0,6 milyon tonu isə JOCAP tərəfindən təmin edilib.

Məqalədə:
Избранный
102
az.trend.az

1Источники