RU

Murat Kurum: COP31-ə hazırlıqlar çərçivəsində təcrübəmizi birləşdiririk

İstanbul, 11 fevral, Günel Karatepe, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) hazırlıq prosesi ilə bağlı növbəti məşvərət toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantı ilə bağlı açəqlama verən Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in Prezidenti Murat Kurum “COP31-ə hazırlıqlar çərçivəsində Azərbaycan, Braziliya və Türkiyə olaraq sədrliyə dair təcrübəmizi birləşdiririk”, - deyə bildirib.

O, həmçinin deyib: “COP31-ə hazırlıqları ətraflı müzakirə etdiyimiz toplantıda sədrliyə malik ölkələr arasında koordinasiyanın gücləndirilməsi, proseslərin uzlaşdırılması və konkret nəticələrin əldə olunmasına yönəlmiş iş çərçivəsi formalaşdırdıq.

Azaldılma, uyğunlaşma və maliyyələşmə kimi bütün əsas istiqamətləri nəzərə alaraq, fəaliyyət gündəliyi ilə paralel şəkildə işləyirik”.

Görüş Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Simon Stiellin və COP30-un Prezidenti Andre Korrea do Laqonun iştirakı ilə keçirilib.

Избранный
91
2
azertag.az

3Источники