ABŞ ticarət naziri Hovard Lutnik Ceffri Epşteynlə bağlı etiraf edib.
Publika.az "BBC"yə istinadən xəbər verir ki, Lutnik illər öncə “Little Saint James” adasına getdiyini təsdiqləyib.
O, səfərinin 2012-ci ildə baş tutduğunu və sadəcə birlikdə yemək yediklərini bildirib.
"Ailəvi tətildə qayıqla çayın o biri tərəfinə keçərkən onunla nahar etdim. Həyat yoldaşım və dörd uşağım da mənimlə idi. Bu, sadəcə bir saat baş tutdu. Yəqin ki, milyonlarla sənəd arasında məni onunla əlaqələndirən bəlkə də 10 e-poçt var. 14 il ərzində onunla digər heç bir münasibətim olmayıb", - deyə o vurğulayıb.