RU

Afət Abbasova: Kitabda təbii sərvətlərin ölkənin inkişaf strategiyasında rolu geniş şəkildə təqdim olunur

Bakı, 11 fevral, Günel Alıyeva, foto İlkin Cavanşirov, AZƏRTAC

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun “Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası” adlı fundamental üç cilddən ibarət əsərinin təqdimatı keçirildi. Nəşrdə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra enerji siyasətinin formalaşması və təbii sərvətlərin ölkənin inkişaf strategiyasında rolu geniş şəkildə təqdim olunur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova bildirib.

“Bu yanaşmanın məntiqi nəticəsi olaraq 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Uzaqgörən Ümummilli Lider Heydər Əliyevin neft strategiyası ilə Azərbaycanın bütün sahələrində inkişaf prosesi başladı”, – deyə o əlavə edib.

Professorun sözlərinə görə, üçcildliyin birinci cildi sovetlərdən əvvəl Azərbaycanda neft sənayesinin inkişafına dair tarixi ekskursdan ibarətdir. İkinci cilddə isə sovet dövründə neft sənayesinin inkişafı, eləcə də II Dünya müharibəsi illərində Azərbaycan neftinin rolu və əhəmiyyəti öz əksini tapıb.

Избранный
54
2
azertag.az

3Источники