RU

Türkiyə parlamentində yeni ədliyyə nazirinə görə dava düşdü

Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Türkiyənin ədliyyə naziri vəzfəsinə təyin olunan Akın Gürlekin parlamentdə andiçmə mərasimində gərgin anlar yaşanıb.

"Yeni Sabah" xəbər verir ki, ana müxalifər partiyası CHP-nin təmsilçisi olan deputatlarla hakim AKP-li deputatlar yumruq davasına çıxıb.

CHP təmsilçisi Murat Emir Akın Gürlekin hələ də baş prokuror vəzifəsini davam etdirdiyini, siyasi məqsədlərlə, xüsusən də Əkrəm İmamoğlu daxil olmaqla, bir çox siyasi səbəbli iddianamələr hazırladığını və həbs qərarları verdiyini bildirib.

Buna görə o, belə bir şəxsin ədliyyə naziri vəzifəsinə təyin edilməsini və and içməsinin doğru olmadığını bəyan edib.

Yaranan mübahisə səbəbindən iclasa fasilə verilib.


Telegram kanalımız
Избранный
19
1
yenisabah.az

2Источники