RU

Azərbaycan və Macarıstan arasında konsulluq məsləhətləşmələri keçirildi (FOTO)

Bakı. Trend:

Fevralın 11-də Bakı şəhərində Azərbaycan Respublikasının Xariciİşlər Nazirliyi və Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyiarasında ikinci konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumatverilib.

Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinəXarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov,Macarıstan nümayəndə heyətinə isə Xarici İşlər və TicarətNazirliyinin Konsulluq və Vətəndaşlıq idarəsinin direktoru BalaşFarkas rəhbərlik edib.

Görüşdə, həmçinin, Macarıstanın Azərbaycan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Tamas Torma, o cümlədən,Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət MəşğulluqXidmətinin, Elm və Təhsil Nazirliyinin və Dövlət MiqrasiyaXidmətinin rəsmiləri iştirak edib.

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühümstrateji tərəfdaş və yüksək əlaqələrin mövcud olduğu Macarıstanlakonsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişafperspektivləri, həmçinin sahə üzrə yeni ikitərəfli sənədlərinimzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılmasıimkanları nəzərdən keçirilib.

Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədəməlumat mübadiləsi aparan tərəflər arasında o cümlədən, hüquqiyardım, təhsil, miqrasiya, əmək və digər sahələrdə əlaqələringücləndirilməsi istiqamətində təkliflər müzakirə olunub.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
103
12
az.trend.az

10Источники