RU

DİQQƏT: Bu məhsul məktəblərdə şagirdlərə pulsuz verilə bilər…

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Bir sıra xarici ölkələrdə məktəblərdə şagirdlərə hər gün pulsuz süd paylanılması təcrübəsi tətbiq olunur. Bu proqramlar uşaqların sağlam inkişafına dəstək məqsədi daşıyır. Bəs belə bir təşəbbüs Azərbaycanda da reallaşa bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, şagirdlərə süd verilməsi təşəbbüsü gələcəkdə ölkəmizdə də tətbiq oluna bilər. Onun sözlərinə görə, bəzi xarici ölkələrdə bu təcrübədən uğurla istifadə olunur və oxşar model vaxtilə Azərbaycanda da mövcud olub:

“Əvvəllər, sovet dövründə məktəblərdə şagirdlərə süd verilməsi praktikası var idi. Müstəqilliyimizin bərpasından sonra isə bu məsələ aktuallığını itirdi. Hazırkı dövrdə bu təşəbbüs yenidən gündəmə gələrsə, ilk növbədə Qida Təhlükəsizliyi Agentliyinin razılığı və məhsulların ciddi yoxlanılması vacibdir”.

Ekspert vurğulayıb ki, layihə həyata keçirilərkən şagirdlərin sağlamlıq vəziyyəti də nəzərə alınmalıdır. Onun sözlərinə görə, bəzi uşaqlarda südə qarşı allergiya və ya həssaslıq ola bilər:

“Şagirdlərin sağlamlığı ilə bağlı xüsusi nəzarət mexanizmi qurulmalıdır. Elə uşaqlar var ki, süd məhsullarını qəbul edə bilmir və ya allergik reaksiya göstərir. Bu kimi hallar nəzərə alınmaqla tətbiq həyata keçirilməlidir”.

Elçin Əfəndi qeyd edib ki, südün tərkibində zəngin mineral və vitaminlər mövcuddur və bu, uşaqların fiziki və zehni inkişafına müsbət təsir göstərir. Onun fikrincə, dərsə başlamazdan əvvəl şagirdlərin pulsuz süd qəbul etməsi onların diqqət və öyrənmə qabiliyyətinə də müsbət təsir edə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
1
konkret.az

2Источники