ABŞ Hərbi Hava Qüvvələri Meksika sərhədində nəzarət zonasını genişləndirərək Texasdakı Rio Qrande boyunca əlavə 306 km-lik ərazini izləməyə başlayıb və ümumilikdə 400 km hissəyə nəzarət edir. Bu addım sərhəddə hərbi səlahiyyətləri artırır və qanunsuz keçidlərə görə cəzaların sərtləşdirilməsinə imkan yaradır.
QHT.az xəbər verir ki, 2025-ci ilin aprelindən etibarən Arizona, Kaliforniya, Nyu Meksiko və Texasda oxşar zonalar yaradılıb və iyula qədər sərhədin təxminən üçdə birinə nəzarət olunub. Ekspertlər əlavə qoşun yerləşdirilməsini sual altına alır, çünki 2025-ci ildə sərhədi keçənlərin sayı 444 min nəfərə düşüb (əvvəlki il 2,1 milyon idi).
Hazırkı administrasiya sərt immiqrasiya siyasəti aparır, sərhəddə fövqəladə vəziyyət elan edilib və genişmiqyaslı deportasiya planı açıqlanıb.
R.İmanov