Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bu ilin lap əvvəlində mediaya Serxio Ramosun doğma klubu “Sevilya”nı almağa hazırlaşması haqda xəbər sıçradı. "Football-plus.az" xəbər verir ki, Ramos Əndəlüsdə doğulub, klubun akademiyasında 7 il keçirib, ancaq əsas komandanın heyətində cəmi iki mövsüm keçirib: debüt edib və ardından “Real”a yollanıb, bir də Meksikaya səfər ərəfəsində vida mövsümü olub. İndi isə Serxio artıq tam başqa statusla qayıtmağa hazırdı. O, “Sevilya”nı 400 milyon avroya almağa hazırlaşan səhmdarlar qrupunun əsas simasıdı.Ramos Amerikanın “Five Eleven Capital” futbol holdinqinin baş direktoru olan argentinalı biznesmen Martin İnklə birləşib. Alyansın məqsədi “Sevilya”nı əsl nəhəngə çevirmək üçün layihənin maliyyə dəstəyini və iqtisadi sabitliyini təmin etməkdi.Bir çox mənbə bildirir ki, sövdələşmə artıq son mərhələdədi və klub yaxın aylarda yeni sahiblərinin əlinə keçəcək. Hazırda üçaylıq audit gedir. Əvvəllər bir başqa Amerika konsorsiumu “Sevilya”nı almağa əsas namizəd sayılırdı, ancaq Ramos üfüqdə görünəndən sonra yarışdan çıxdı.“Sevilya” artıq bir neçə ildi maliyyə tənəzzülü yaşayır, elə nəticələr də pisləşib. ABŞ şirkətlərinin klubu alacağı ilə bağlı şayiələr çoxdan gəzirdi, ancaq “Valensiya”nın bəd nümunəsini görən klub rəhbərliyi onların şərtini qəbul etməyə tələsmirdi. Klubu etibarlı əllərə vermək vacib idi. Hər şeydən belə görünür ki, Ramos başqalarını məhz özünün xilaskar roluna hamıdan yaxşı yaradığına inandıra bilib.“Five Eleven Capital” şirkəti Sevilyadakı durumdan yaxşı xəbərdardı, çünki klubun indiki idman direktoru Antonio Kordonla çoxdan peşəkar münasibətlər qurub. Bu detal maraqlı tərəflər arasındakı əlaqəni gücləndirir və danışıqlar prosesini asanlaşdırmağa xidmət edir. Çox şey klubun borcunun qiymətləndirilməsindən asılıdı ki, bu borc da təxminən 180 miyon avro ola bilər. Bir də burda 2024-cü ilin martında “Goldman Sachs”dan götürülən kreditin nəzərə alınıb-alınmadığı bilinmir.Və hələ o da deyilmir ki, Ramosun təmsil etdiyi neçə adam alışdab dərhal sonra “Sevilya”ya investisiya qoymağa hazırdı. Daha bir vacib məqam – pul axını günlərin birində dayanmayacaq ki? Axı İspaniya və İtaliya klubları dəfələrlə belə aqibətlə üzləşib. Serxio özü ictimaiyyət önünə çıxan əsas şəxs olsa da, kapital qoyuluçun baxımından əsas fiqur deyil. Sadəcə, o məlumdu ki, futbolçu “JB Capital Fund” şirkəti ilə birgə məqsədyönlü şəkildə “Sevilya” üçün investorlar axtarıb və nəhayət, “Five Eleven Capital”ın üzərində dayanıb. Serxio hətta “Sevilya”ya yarımilliyə öz xidmətini təklif edib, ancaq indi məsələ tam fərqli xarakter alır.Hər halda, Serxio təkliflər almaqdadı. İraqın “Əl-Kuva Əl-Caviya” klubunun prezidenti Ramosa dəvət göndərdiyini və cavab gözlədiyini bildirib. Həmçinin belə insayd da var ki, guya “Milan” futbolçuya 5 milyon dollar əməkhaqqı təklif edib. Bu xəbər feykə oxşasa da, ispaniyalı müdafiəçinin karyerasını davam etdirməklə bağlı təkliflərinin olduğu şübhə doğurmur.Bəs Ramis eyni vaxtda “Sevilya”nın həm rəhbəri, həm də oyunçusu ola bilərmi? Xeyr! Qanunlar fəaliyyətdə olan futbolçuya çıxış etdiyi turnirlərdə kommersiya və ya investisiya maraqlarına malik olmağı qadağan edir. Pike vaxtilə İspaniya kuboku uğrunda oyunları Səudiyyə Ərəbistanına “köçürməyə” yardım etmiş və buna görə payını götürmüşdü. İstənilən halda, Ramos “Sevilya”nnı rəhbərliyinə daxil ola və futbolçu karyerasını ölkə xaricində davam etdirə bilər. Daha bir maraqlı məqam var. Nə qədər əfsanəvi futbolçu statusu daşısa da, Ramosu doğma klubunda çoxları sevmir. Əvvəldə də xatırlatdığımız kimi, Serxio böyüklər səviyyəsində elə ilk mövsümün ardından “Real”a yollanıb. Madrid nəhəngi ona görə “Sevilya”ya 2005-ci ildə yetərincə yüksək məbləğ sayılan 27 milyon avro ödəyib. Lakin gənc futbolçu öz dəyərini də dərk etdi - o, artıq İspaniya millisinin əsas müdafiəçisi idi. Beləliklə, heç bir möhtəşəm vida olmadı - Ramos qəzəbli azarkeşlərlə belə vidalaşmadan sakitcə getdi.Hər şeyin məhz belə alınmasıyla bağlı müxtəlif versiyalar var. İlk versiya belədi ki, Serxio doğma klubu belə erkən tərk etdiyini görə çox təsirlənsə də, böyük qardaşı onu dilə tutub. İkinci versiyaya gəlincə, 18 yaşlı yeniyetnə klub prezidentinə üz tutaraq ömürlük müqavilə tələb edib. Guya cavabında eşidib ki, klubun yetirmələri heç vaxt top səviyyəli legionerlər qədər pul qazanmayacaq.Nə olur-olsun, dolaşıq tarixçədi. Əlbəttə, Ramos möhtəşəm karyera qurdu, ancaq doğma “Ramon Sançes Pisxuan”da daim onu fitə basırdılar. Serxio isə qoldan spnra bəzən fanatların önündə əlini qulağına aparmaqla kiçik təxribatlara əl atırdı. Bütün bu jestlər onun personasına nifrəti artırırdı.Ramos 2023-cü ildə “Sevilya”ya son mövsümünü keçirmək üçün təşrif buyuranda dərhal iki azarkeş qrupu etiraz bəyanatı yaydı. Bəyanatda deyilirdi ki, belə sövdələşmə futbolçunun təxribatlarına dözən azarkeşlərə və klubun dəyərlərinə hörmətsizlikdən xəbər verir. Son nəticədə fitəbasmadan və təhqirdən imtina etdilər, ancaq onu dəstəkləmədilər də.Çox dramatik tarixçə alınır – Ramos sevilmədiyi kluba dönür ki, onu xilas etsin. Hər şey alınsa və “Sevilya” ən azı “Atletiko” səviyyəsində nəhəngə çevrilsə, Serxio əsl əfsanə olacaq. Ancaq bu layihə batsa, onda çətin ki, bir də onu nə vaxtsa bağışlayalar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.