RU

Yaxın aylarda “mygov biznes” sahibkarların istifadəsinə təqdim olunacaq - Rəşad Nəbiyev

Bakı. Trend:

Yaxın aylarda “mygov biznes” sahibkarların istifadəsinə təqdimolunacaq

Trend xəbərverir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziriRəşad Nəbiyev bu gün Prezident İlham Əliyevin sədrliyi iləkeçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahidfəaliyyət planına həsr olunmuş müşavirədə deyib.

“Biz “mygov”u vətəndaş və dövlət-vətəndaş münasibətlərində necəgörürüksə, eyni yanaşmanı da dövlət və biznesə münasibətdəsərgiləməkdəyik. Artıq bunun qanunvericilik bazası var və “mygovbiznes” yaxın aylarda bizim biznesin istifadəsi üçün təqdimediləcək. Həmin layihəni biz “EPAM” şirkəti ilə bir yerdə həyatakeçiririk və burada onların qarşısında qoyduğumuz tələb ondanibarətdir ki, bizim onlara şərti olaraq verdiyimiz 100 dollarmüqabilində onlar yerli podratı xarici 100 dollara uyğunlaşdıraraqAzərbaycana gətirirlər. Bizim əməkdaşlarımız burada işlədiklərilayihələrlə yanaşı, eyni zamanda, xaricdə olan layihələrdə dəişləyib təcrübə qazanırlar. Buradan çıxışımızı biz necə görürük?Əgər burada çalışan təxminən 1000 nəfər və yaxud 2000 nəfər adamdan5-i, 10-u gedib startap yaratsa və o startap uğurlu olsa, istənilənbir sahədə bu, faktiki olaraq, bizim sonda hədəflədiyimiz, həmin o100 milyonun bir milyarda və yaxud bir neçə milyarda çatdırılmasıistiqamətində atılmış əsas addımlardan biri olacaq.”, – deyə obildirib.

Избранный
30
3
az.trend.az

4Источники