RU

Millətlər Liqası: Azərbaycan yığmasının potensial rəqibləri bəlli oldu 

2026/27 mövsümü üzrə UEFA Millətlər Liqasında iştirak edəcək 54 üzv assosiasiya giriş siyahısına əsasən dörd liqaya bölünüb.

İdmanxeber.az-ın məlumatına görə, son bölgü isə 2024/25 mövsümünün C/D liqaları üzrə pley-off oyunlarından (mart 2026) sonra dəqiqləşəcək.

A, B və C liqalarında hərəsində 4 komandadan ibarət 4 qrup olacaq. Hər komanda qrupda digər üç rəqibə qarşı ev və səfər olmaqla 6 oyun keçirəcək.

D liqasında isə 3 komandadan ibarət 2 qrup formalaşacaq. Bu qruplarda komandalar bir-birinə qarşı ev və səfər olmaqla 4 matç oynayacaq.

45–48-ci yerlərdə qərarlaşacaq komandaların sıralaması Latviya/Cəbəllütariq və Lüksemburq/Malta cütləri arasında keçiriləcək pley-offlardan sonra müəyyənləşəcək.

Püşkatmada bu komandalar şərti adlarla təmsil olunacaq.

D Liqası 1-ci səbət: Azərbaycan, Litva, Cəbəllütariq və ya Latviya, Malta və ya Lüksemburq

2-ci səbət: Lixtenşteyn, Andorra 49–52-ci yerlərin də yekun sıralaması sözügedən pley-offlardan sonra dəqiqləşəcək.

Избранный
52
idmanxeber.az

1Источники