ain.az bildirir, 525.az saytına əsaslanaraq.
Çinli alpinist He Tzsin Himalay dağlarında, Mustanq-Himal və Yuxarı Mustanq silsilələrində indiyə kimi insan ayağı dəyməmiş 2 zirvəni fəth edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı qadın buna "Seven Summit Treks" kompaniyasından olan nepallı həmkarları ilə birgə nail olub.
Üstəlik, hər 2 zirvəvəyə qalxmaq üçün onlara cəmi 4 saata yaxın vaxt bəs edib. Alpinistlər əvvəlcə 6062 metrlik Canlatunpu zirvəsinə qalxıblar.
Təxmini 3 saat sonra isə Kekyap Ri fəth olunub. Bununla da Hi Tszin dünyada 6 min metrdən yüksən 2 zirvəni ardıcıl fəth edən ilk qadın alpinist kimi tarixə düşüb. Bundan başqa o, Himalay dağlarında 8 min metrdən yüksək 14 zirvəyə oksigen balonu olmadan qalxan yeganə qadındır.
L.Tağıyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.