RU

Türkiyə ilə Yunanıstan Egey və Şərqi Aralıq dənizlərində mövqelərini müzakirə ediblər

Yunanıstanın Baş naziri Kiryakos Miçotakis ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Egey və Şərqi Aralıq dənizlərində mövqelərini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə R.T.Ərdoğan Yunanıstanla Türkiyə arasında sənədlərin imzalanma mərasimində məlumat verib.

"Baş nazirlə görüşümüzdə Egey və Şərqi Aralıq dənizlərində mövqelərimizi bir daha açıq və səmimi şəkildə müzakirə etdik. Bütün bu məsələlər beynəlxalq qanunlarla çözümsüz deyil. Yetər ki, təmiz niyyət, dialoq və həll iradəsi olsun", - Ərdoğan vurğulayıb.

Türkiyə lideri, həmçinin qeyd edib ki, ölkələr arasında keçən il təxminən 7 milyard dollar həcmində olan ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq əsas hədəflərdəndir:

"Bu gün hər iki ölkənin biznes şuraları da bir araya gələrək iş fürsətlərini dəyərləndirdilər".

Prezident onu da əlavə edib ki, iki NATO müttəfiqi olan Türkiyə ilə Yunanıstan təhlükəsizlik və sabitliyə təhdid təşkil edən bir çox proseslə qarşı-qarşıyadır:

"Türkiyə olaraq Avropada son dönmədə başladılan müdafiə tədbirlərində yer almamızda qarşılıqlı mənfəətin olduğunu düşünürük. Mərkəzi Asiyada qalıcı sülh və sabitlik, eləcə də Fələstin məsələsi ədalətli həllin tapılmasından keçir. Türkiyə bu mövqeyini də müdafiə etməyə davam edəcək".

Избранный
12
1
far.az

2Источники