RU

“Liverpul”a bir qol bəs etdi

İngiltərə Premyer Liqasının 26-cı turunda “Sanderlend” evdə “Liverpul”u qəbul edib.

90deqiqe.Az-ın məlumata görə, “Stadium of Light” stadionunda keçirilən oyunu baş hakim Kris Kavana idarə edib.

Görüşdə yeganə qol 61-ci dəqiqədə Vircil van Deyk tərəfindən vurulub və bununla da “Liverpul” səfərdə 1:0 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra “Sanderlend” 36 xalla turnir cədvəlində 11-ci pillədə qərarlaşıb, “Liverpul” isə 42 xalla 6-cı sırada yer alıb.

Növbəti turda “qara pişiklər” 22 fevralda evdə “Fulhem”i qəbul edəcək, “qırmızılar” isə eyni gündə səfərdə “Nottingem Forest”la qarşılaşacaq.

Избранный
71
90deqiqe.az

1Источники