RU

Kanadada məktəbdə atışma: Ölənlərin dəqiq sayı açıqlandı

BAKI, 12 fevral. TELEQRAF

Kanadanın Britaniya Kolumbiyası əyalətinin Tambler-Ric şəhərində məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin dəqiq sayı açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə bölgə polis rəisinin müavini Dueyn Makdonald mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, daha əvvəl yayılan məlumatda 10 nəfərin həlak olduğu bildirilsə də, 9 nəfər ölüb. Makdonald qeyd edib ki, qurbanlardan azı altısı uşaqdır. Məktəbdə iki ağır yaralı qız aşkarlanıb və onlar helikopterlə xəstəxanaya çatdırılıb. Onlardan biri əvvəlcə səhvən ölənlər siyahısına daxil edilsə də, sağ qalıb. Hər iki yaralının vəziyyəti kritik, lakin stabi lqiymətləndirilir.

Polisin son məlumatına görə, insidenti 18 yaşlı şəxs törədib. O, əvvəlcə evində iki nəfəri öldürüb, daha sonra məktəbə gedərək atəş açıb. Hadisə nəticəsində müəllim və bir neçə yeniyetmə həyatını itirib. Polis gəldikdən sonra hücum edən şəxs özünü öldürüb. Hüquq-mühafizə orqanları bildirir ki, ailə üzvləri istisna olmaqla, digər qurbanların hücum edən şəxslə əlaqəsi olmayıb.

Избранный
43
teleqraf.com

1Источники