RU

Trampdan İranla bağlı qərar

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Pentaqon ABŞ Prezidenti Donlad Trampın göstərişinə əsasən Yaxın Şərq regionuna əlavə bir təyyarədaşıyan gəmi göndərmək imkanını nəzərdən keçirir.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Məqalədə qeyd olunur ki, ABŞ Prezidenti daha əvvəl Tehranla aparılan danışıqların nəticəsiz qalacağı təqdirdə, təyyarədaşıyan gəminin İran sahillərinə yönəldilə biləcəyini istisna etməyib.

Donald Tramp “Axios” nəşrinə verdiyi müsahibədə Yaxın Şərqə ikinci təyyarədaşıyan gəmi qrupunun göndərilməsi ehtimalını da açıqlayıb.

“Artıq bu, bölgəyə əhəmiyyətli bir dəniz kontingenti hərəkət edir və böyük ehtimalla ora əlavə bir eskadrilya göndəriləcək”, – deyə o bildirib.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
74
globalinfo.az

1Источники