RU

İspaniyada narkotik ticarəti ilə məşğul olan böyük banda zərərsizləşdirilib

ain.az bildirir, 525.az portalına istinadən.

İspaniya polisi narkotik maddələrin alveri ilə məşğul olan bandanı zərərsizləşdirilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, banda üzvləri bütün ölkə üzrə kokain ticarəti ilə məşğul imiş.

Xüsusi əməliyyat Madrid, Sevilya, Malaqa, Toledo və Qvadalaharada müxtəlif ünvanlarda aparılıb. 26 nəfər saxlanılıb. Onlardan 12-i məhkəmənin qərarı ilə həbs olunub. Ünvanlarda aparılan axtarış nəticəsində 460 kq kokain, 840 min avro nağd pul və 16 nəqliyyat vasitəsi müsadirə olunub.

Qeyd edək ki, banda üzvləri kokaini ölkə ərazisində gizli saxlanc yerləri olan avtomobillərlə daşıyırmış. Saxlanc yerlərinə 160 kq-a qədər narkotik vasitə yerləşdirmək mümkün idi.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
525.az

1Источники