RU

Ölmək üçün Avropaya gedirdi, fikrindən daşındırdılar

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Cənubi Koreyada polis əməkdaşları ölmək üçün İsveçrəyə gedən kişini fikrindən daşındıra biliblər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, əhvalat fevralın 9-da İnçhon hava limanında yaşanıb.

Ağciyər fibrozu olan 60 yaşlı kişi evtanaziya üçün Sürixə getməyi planlaşdırıb. Amma yaxınları bundan vaxtında xəbər tutaraq polisi məlumatlandırıb. 

İnçhon-Paris reysi təxirə salınıb və kişinin Avropaya uçmasına imkan verilməyib. Doğrudur, xəstə Parisə gəzmək üçün getdiyini desə də, evdə yaxınlarına yazdığı məktub onun əsl niyyətini üzə çıxarıb. Polis əməkdaşlarının bir neçə saatlıq söhbətindən sonra səyyahı fikrindən daşındırmaq mümkün olub.

Qeyd edək ki, evtanaziya sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı müxtəlif formada həyatdan məhrum etməkdir. Cənubi Koreyada isə İsveçrədən fərqli olaraq bu, qadağandır. 

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
49
525.az

1Источники