RU

PFL “Neftçi”nin cavabını gözləyir

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

Premyer Liqanın XXI turunun “Neftçi” – “Qarabağ” oyununun təxirə salınıb-salınmayacağı hələ məlum deyil. Matçın startına 10 gündən az vaxt qalsa da, məsələ hələ həllini tapmayıb.

Peşəkar Futbol Liqasının (PFL) media və marketinq direktoru Sənan Abdullayev “Futbolpress.az“a açıqlamasında oyunla bağlı yekun qərarın yaxın zamanda açıqlanacağını bildirdi:

“Əsasnamədə nəzərdə tutulmuş hallarda və qaydada matçların təxirə salınması, oyunun tarixinin, başlanğıc vaxtının və keçirilmə yerinin dəyişdirilməsi mümkündür.

Əsasnamənin 6-cı maddəsinin 2-ci bəndində oyunların vaxtının dəyişdirilməsi və təxirə salınması ilə bağlı müddəalar qeyd olunub: “Avrokuboklarda 4-cü təsnifat mərhələsində (pley-off) iştirak edən klub oyunun bir dəfə təxirə salınması üçün müraciət edə bilər. Liqa mərhələsindən sonrakı pley-off mərhələlərində də klubun bununla bağlı hər mərhələdə bir dəfə olmaqla müraciət etməsi mümkündür”.

Bu iki halda rəqib komandanın razılığı olmalıdır. Artıq “Qarabağ” komandası liqa mərhələsini adlayaraq 1/16 final mərhələsinə yüksəlib. Komandanın Əsasnaməyə uyğun olaraq oyunun təxirə salınması üçün müraciət etmək hüququ var.

Lakin PFL təkcə “Qarabağ” komandasının müraciətinə əsasən oyunu təxirə sala bilməz. Bunun üçün komandanın Misli Premyer Liqasında qarşılaşacağı rəqibinin də razılığı olmalıdır. Əsasnamədə qeyd olunan bütün prosedur qaydaları yerinə yetirilərsə, PFL-in rəsmi saytında bu məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində fevralın 18-da Bakıda “Nyukasl”la qarşılaşacaq. “Atlılar” fevralın 21-də “Neftçi”, 25-də isə “Nyukasl”la səfərdə üz-üzə gələcək. “Qarabağ” İngiltərəyə uzun səfərlə bağlı “Neftçi” ilə görüşün təxirə salınmasını istəyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
50
futbolpress.az

10Источники