RU

Ukrayna prezident seçkisi və referenduma hazırlaşır? Zelenski kodları açır

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Ukrayna Rusiya ilə atəşkəs elan edilənə və təhlükəsizlik zəmanətləri alınana qədər seçkilər keçirməyəcək".

Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə prezident  Volodimir Zelenski Kiyevin yaxın gələcəkdə prezident seçkiləri və referendum planlaşdırdığı barədə iddialara cavab olaraq bildirib.

O qeyd edib ki, bütün zəruri təhlükəsizlik təminatları təmin edildikdə seçkilər reallaşa bilər:

"Bunu etmək çox asandır: atəşkəs elan olunsa, seçkilər olacaq".

Qeyd edək ki, "Financial Times" qəzetində ABŞ-nin təzyiqi altında Ukraynanın may ayının ortalarından əvvəl prezident seçkiləri və Rusiya ilə potensial sülh müqaviləsi üzrə referendum keçirəcəyi barədə məqalə dərc olunub.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
1
bakivaxti.az

2Источники