RU

128 yaşlı qadın sirrini açıqladı: Süfrəsindən iki qidanı əskik etmir

Cənubi Afrikada 128 il ömür sürən Johanna Mazibuko dünyanın ən yaşlı insanlarından biri kimi tarixə düşüb.

Bizim.Media xəbər verir ki, onun uzun və sağlam həyatının sirri isə olduqca sadə qidalanma vərdişləri ilə əlaqələndirilir.

1894-cü ildə anadan olan Mazibuko ömrünün böyük hissəsini fermada, təbiətlə iç-içə keçirib.

Emal olunmuş qidalardan uzaq duran qadın daha çox evdə yetişdirilən məhsullarla qidalanıb və aktiv həyat tərzi sürüb. Mütəxəssislərin diqqətini çəkən məqam isə onun uşaqlıqdan bəri süfrəsindən əskik etmədiyi iki əsas qida olub.
 

Mazibuko bildirib ki, gündəlik qidalanmasında təzə süd və təbii şəraitdə yetişən ispanaq xüsusi yer tutub. Onun sözlərinə görə, bu iki məhsul həm sümüklərinin möhkəm qalmasına, həm də həzm sisteminin düzgün işləməsinə kömək edib.

Uzunömürlülüyün sirri yalnız qidalanma ilə məhdudlaşmayıb.

Yeddi övlad, 50 nəvə və nəticəyə sahib olan Mazibuko ailə bağlarının və xoşbəxt mühitin də sağlam həyata böyük təsir göstərdiyini vurğulayıb. O, stressdən uzaq, sevgi dolu həyatın insan ömrünü uzatdığını deyib. (milli.Az)

Bizim.Media 

Избранный
14
3
bizim.media

4Источники