RU

Bayıl Arena da 6 xallıq oyun

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Bu gün Birinci Liqada 14-cu tura start verilir. Sport24.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.

Hesabat həftəsinin mərkəzi görüşü heç şübhəsiz ki, bu gün "Bayıl Arena"da keçiriləcək. Hazırda aktivində 25 xal olan "Səbail" "doğma divalar" arasında 31 xalla turnir cədvəlinin zirvəsində qərarlaşan "Şəfa"nı qonaq edir. Hər iki komanda üçün oyunun əhəmiyyəti böyükdür. Meydan sahibləri qalib gələcəyi təqdirdə liderlə xal fərqini azaldacaq və çempionluq uğrunda mübarizədə "mən də varam" deyərək yola davam edəcək. "Şəfa" qələbə qazanacağı halda əsas rəqiblərindən bir qədər də uzaqlaşacaq və "qızıl"ı qazamaq yönündə ciddi addım atacaq.

Qeyd edək ki, oyunun start fiti saat 17:00-da səslənəcək.

I Liqa

II dövrə, XIV tur 

17:00. "Səbail" - "Şəfa"

Hakimlər: Rəşad Əhmədov, Orxan İbişov, Mirnihad Seyidov, Nahid XasıyevHakim-inspektor: Babək QuliyevAFFA nümayəndəsi: Elçin MehtiyevBakı. "Bayıl Arena".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
sport24.az

1Источники