RU

Tramp: “İranla razılaşma əldə olunmasa, nəticənin nə olacağını gözləyib görəcəyik”

İsrailin Baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə görüşən ABŞ Prezidenti Donald Tramp görüşün olduqca səmərəli keçdiyini bildirib və əsas gündəm mövzusu kimi İran məsələsinə toxunub.

Editor.az xəbər verir ki, Donald Tramp Netanyahu ilə mətbuata qapalı keçirilən görüşdən sonra Truth Social hesabında paylaşım edib. O, görüşün çox məhsuldar olduğunu vurğulayaraq qeyd edib ki, İranla danışıqların davam etdirilməsində əsas məqsəd razılaşmanın mümkün olub-olmadığını müəyyənləşdirməkdir.

“İranla razılaşmanın əldə olunub-olunmayacağını görmək üçün danışıqların davam etməsində israrlı olmağımdan başqa, konkret bir qərar qəbul edilməyib”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti əlavə edib ki, İranla razılığın əldə olunmasını üstün tutur və bu mövqeyini Netanyahuya da çatdırıb:
“Əgər İranla razılaşma baş tutmasa, nəticənin nə olacağını gözləyib görəcəyik. Keçən dəfə İran razılaşma bağlamamağın daha yaxşı olacağını düşündü və bu, onlar üçün yaxşı nəticələnmədi. Ümid edirəm ki, bu dəfə daha məntiqli və məsuliyyətli davranarlar”.

Tramp həmçinin Netanyahu ilə Qəzza və Yaxın Şərqdəki son vəziyyəti də müzakirə etdiklərini bildirib və “Artıq Yaxın Şərqdə real sülh mövcuddur” ifadəsini işlədib.

//Gülnarə Abasova, Editor.az

Избранный
29
editor.az

1Источники