RU

Temudan azərbaycanlı istifadəçilərinə daha bir zərbə

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"Temu" onlayn alış-veriş platformasının istifadəçilərə təqdim etdiyi endirim kartları ilə bağlı gözlənilməz yenilik var. Şirkət müştərilərin alış-veriş vərdişlərinə birbaşa təsir edəcək qərar verərək, mövcud endirim kartlarının fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.Demokrat.az-ın məlumatına görə, gündə iki dəfə təqdim olunan endirim kartları artıq Temuda müştərilərə göndərilmir. Hansı ki, bu endirim kartları ilə məhsulları 70,80 faiz endirimlə almaq mümkün olurdu.Dəyişiklik istifadəçilər arasında müəyyən suallar doğursa da, görünür bu addım şirkətin marketinq büdcəsinə qənaət etmək istəyindən qaynaqlana bilər. Şirkətin bu qərarından sonra alternativ kampaniyaların hansı formada davam edəcəyi isə hələlik tam dəqiqləşməyib.Qeyd edək ki, son yanvar ayından bəri Temu istifadəçiləri məhsullarının vaxtında çatdırılmaması ilə bağlı da narazılıq edirdilər.Kənan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
82
3
demokrat.az

4Источники