RU

Taleh Qaraşov kənd sakinlərinin problemlərini dinlədi - FOTOLAR

Fevralın 11-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Rvo, Mollakənd və Əşlə  kəndlərinin sakinləri ilə keçirib. Səyyar görüş-qəbulda şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.

"Unikal" xəbər verir ki, Taleh Qaraşov ötən görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinlərə məlumat verib və bildirib ki, heç bir müraciət diqqətdən kənar qalmır və qaldırılan bütün məsələlər şəxsi nəzarətindədir.

İcra başçısı səyyar görüş-qəbulda iştirak edən sakinləri dinləyib, onların qayğı və problemləri ilə maraqlanıb, yerli icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan və ədalətlə qaldırılan məsələlərin həllindən ötrü göstərişlərini verib, digər məsələlərin aidiyyəti üzrə yuxarı qurumlara müraciət olunmasını və nəticəsi barədə vətəndaşlara qanunamüvafiq müddətdə cavab verilməsini səlahiyyətli şəxslərə tapşırıb. 

Səyyar görüşdə Rvo, Mollakənd və Əşlə  kəndlərinin sakinləri onları narahat edən ümumi və şəxsi problemlərini birbaşa icra başçısına söyləyiblər. Rvo kənd inzibati ərazi dairəsinin sakinləri sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşmasına, qaldırdıqları məsələlərə həssas yanaşılmasına, məmur-vətəndaş arasındakı münasibətlərin daha inkişaf etməsinə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 

Избранный
4
2
unikal.az

10Источники