RU

AzVP-nin baxışı: Ən qüdrətli ölkə ilə Cənubi Qafqazın lideri əməkdaşlığı dərinləşdirir

Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfəri cari yox, xüsusi siyasi missiya daşıyıb.

Bu səfərin çoxvektorlu məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi “Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”. Azərbaycan bu şərəfi uzun illər ərzində addım-addım qazandığı siyasi və iqtisadi dividentlərlə əldə edib. Bu qazanc asan başa gəlməyib və mürəkkəb diplomatik gedişlərin ağıllı konfiqurasiyası ilə müşayiət olunub. Dövrümüzün hərbi-siyasi və iqtisadi mənzərəsinə nəzər saldıqda dövlətimizin sərgilədiyi mövqenin və xarici siyasətin nə qədər gərginlik içərisində, amma uğurlu keçdiyi aydın görünər.

 
ABŞ və Azərbaycanın simasında Qərbin Cənubi Qafqaza gəlişi ilk dəfə deyil ki, baş verir. Vaxtilə Fransa və Böyük Britaniya hökumətləri də bu yerlərə gəlib və iqtisadi-siyasi proseslərdə rol alıblar. Amma 100-200 il əvvəl baş vermiş bu gəlişmələr qarşılıqlı əməkdaşlıq yox, sadəcə regiona intervensiya xarakteri daşıyıb. Bu gün isə əlaqələr qarşılıqlı əməkdaşlıq üzərində qurulur və bu vəziyyət Azərbaycanın müstəqilliyi, sürətli inkişafı və regionun lideri kimi beynəlxalq siyasətdə oynadığı rolu təsbit edir.


Səfərin kulminasiya nöqtəsi “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya”nın imzalanmasıdır. Bu sənəd hər iki dövlətin mənafeyinə cavab verir və regionda sülhün, əməkdaşlığın, elmi-texniki tərəqqinin zəmanəti sindromuna malikdir. ABŞ Prezidenti Donald Trampın daxili və xarici siyasətinin prioritet istiqaməti böyük ölçüdə iqtisadi layihələrin həyata keçirilməsidir. Ancaq bunun üçün birincisi, siyasi iradə və texnoloji mükəmməllik tələb olunur. Siyasi iradənin daxilində görülən işlərə xarici təsirlərin sıfırlanması vacib şərt sayılır.

Amerikanın hərbi qüdrəti və təhlükəsizlik sahəsində Azərbaycanın sülhpərvər hərbi gücü ilə əməkaşlıq təcrübəsi bu şərti yerinə yetirməyə imkan yaradır. İkinci məsələ, sülh və əmin-amanlığın qorunub saxlanılmasıdır. Ötən ilin yayında Vaşinqtonda Donald Trampın təşəbbüsü və iştirakı ilə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları birgə Bəyannamə bu istiqamətdə ən tutarlı sənəd sayılır. İndiyədək bu sahədə böyüklü-kiçikli bir çox ölkələr sülh təşəbbüsü ilə çıxış etsələr də, həmin cəhdlər sözdən o yana keçə bilməyib.  

Yalnız ABŞ lideri öz təşəbbüsünün arxasında dayanıb və Azərbaycanla Ermənistan arasında əməli sülh prosesinin başlanmasına nail olub. Üçüncü, şərt müasir texnoloji nailiyyətlərin, xüsusilə süni intellektin tətbiqi məqsədidir ki, bu da iki ölkə arasında imzalanmış xartiyada aydın əks olunub. 

ABŞ-Azərbaycan strateji tərəfdaşlığının tərəflər üçün faydası böyükdür. Qarşı tərəf ilk növbədə Avropa və Asiyanı birləşdirən mühüm nəqliyyat qovşağının inkişafında rol almaqla Çin və Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrdə mühüm iştirak payına sahib olacaq. İkincisi, Cənubi Qafqaz regionunda Rusiyanın keçmiş imperiya ambisiyaları aradan qalxacaq. Üçüncüsü, ölkələrarası enerji təhlükəsizliyinin qorunmasında ABŞ-Azərbaycan əməkdaşlığı yeni iqtisadi tendensiya yaradacaq. Belə ki, bu əməkdaşlığa Mərkəzi Asiya ölkələrinin qoşulması artıq qaçılmaz tələbat yaradır və zəngin karbohidrogen yataqlarına malik belə bir qrupun yaranması dünyada enerji təhlükəsizliyi siyasətində əhəmiyyətli rol oynayacaq. Azərbaycan isə bütün bu proseslərin mərkəzində olmaqla dünya siyasətində öz nüfuz və çəkisini, eyni zamanda iqtisadi qüdrətini davamlı olaraq artıracaqdır.  


ABŞ və Azərbaycan arasında münasibətlərin yeni mərhəsi dövlətçiliyimizin inkişafında da əsaslı irəliləyişə gətirib çıxaracaq. Belə ki, bu əməkdaşlığın mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir. Beynəlxalq imperializmin mürtəce siyasəti ilə vaxtilə anklava çevrilmiş Naxçıvan bölgəsi ilə birbaşa coğrafi əlaqənin yaranması Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirəcəkdir. Çünki dövlətin vahid idarəetmə sistemi təkmilləşəcək, ölkəmizin regionları arasında layihələrin uyğunlaşdırılması işi asanlaşacaq, eimi-texniki inteqrasiya güclənəcəkdir. Bütün bu və digər amilləri nəzərə almaqla demək olar ki, iki ölkə arasında strateji tərəfdaşlığın yaranması ikitərəfli olmaqla yanaşı beynəlxalq birlik üçün də müsbət meyillərin inkişafına səbəb olacaq.


Azad Vətən Partiyasının İnformasiya və Təhlil Mərkəzi

Избранный
12
hit.az

1Источники