RU

Zelenski: "Müharibə yaya qədər başa çata bilər"

Ukrayna Prezidenti Volodimir Zelenski paytaxt Kiyevdə jurnalistlərin suallarını cavablandıraraq  müharibənin başa çatdırılması istiqamətində davam edən diplomatik səylər barədə danışıb.

"Cebheinfo.az" xəbər verir ki, Zelenski  Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb. O, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında keçirilən son üçtərəfli danışıqlar barədə Makronu məlumatlandırdığını deyib.

Zelenski Makrona Rusiyaya təzyiq göstərilməsi çağırışı etdiyini bildirib. O, həmçinin 13–15 fevral tarixlərində keçiriləcək Münhen Təhlükəsizlik Konfransı barədə də fikir mübadiləsi apardıqlarını qeyd edib.

Ukrayna Prezidenti sözügedən konfransda iştirak edib-etməyəcəyi ilə bağlı hələlik qəti qərar vermədiyini açıqlayıb.

Müharibənin başa çatması üçün ABŞ-nin Rusiyaya təzyiq göstərməsinin vacib olduğunu vurğulayan Zelenski belə deyib: “Əgər təkcə Ukrayna tərəfi deyil, təcavüzkar Rusiya da istəkli olarsa, müharibəni yay aylarına qədər başa çatdıra bilərik”.

Zelenski əlavə edib ki, müharibə bitməzdən əvvəl ABŞ Ukraynaya güclü təhlükəsizlik zəmanətləri təqdim etməlidir. Onun sözlərinə görə, bunun üçün zəruri sazişin imzalanması hazırda tam şəkildə ABŞ-dən asılıdır.

Zelenski bildirib ki, ABŞ Prezidenti Donald Tramp Rusiyanı müharibəni dayandırmağa məcbur edə bilər: “Məncə, Tramp Putini müəyyən kompromisə məcbur edə bilər”.

Избранный
74
27
cebheinfo.az

10Источники