RU

“Qarabağ” – “Nyukasl” oyununun bilet qiymətləri açıqlandı

 “Qarabağ” – “Nyukasl” oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışda olacaq.

İdmanxeber.az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının “Play-off” mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Nyukasl” (İngiltərə) oyununun biletləri 12 fevral, saat 12:00-dan etibarən satışda olacaq.

 Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Standart biletlərin qiyməti:
10, 15, 25, 35, 40, 50, 75 AZN

 VIP sektorlar: 200, 250, 300 və 400 AZN
 VVIP sektorlar: 1000 AZN

 Diqqət: Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlərimiz iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

Saxta biletlərə və digər saytlara aldanmayın.

Biletləri yalnız iTicket.az saytı üzərindən əldə edin. Stadiona giriş QR bilet ilə mümkün olacaq.

Избранный
32
21
idmanxeber.az

10Источники