RU

14 fevral sevgilinizə gül alarkən bunlara diqqət EDİN

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya floristlərindən Anna Kotelnikova bildirib ki, sellofana bükülmüş gül Sevgililər Günündə qızlara hədiyyə olaraq ən çox mübahisə doğuran jestlərdən biridir.

Redaktor.az xəbər verir ki, onun sözlərini gazeta.ru yayıb.

Floristin qeyd etdiyinə görə, belə bir hədiyyə mənfi assosiasiyalar yarada bilər. Çox vaxt bu, diqqət və qayğı göstərməkdən daha çox formal yanaşmanı ifadə edir. Lakin bəzi güllər tək halda sellofanda da gözəl görünür.

“Fransız, ekvador və ya peon tipli güllər tək halda gözəl görünür. Əgər belə gülü yaşılla bəzəyib, stilizə olunmuş qablaşdırma əlavə etsəniz, romantik hədiyyə üçün uyğundur. Lakin yalnız qızınız gülləri, minimalizmi və sadəliyi sevirsə”, — deyə Kotelnikova izah edib.

Həmçinin, rəng balansını nəzərə almaq vacibdir. Buketi çox parlaq rənglərlə doldurmaq düzgün deyil. Mavi, bənövşəyi və parlaq sarı gələcək bayram üçün ən uğurlu seçim olmayacaq. “Ağ, çəhrayı, şampan, qırmızı və onların yarı tonları 14 Fevral üçün uğurlu və ən populyar rənglərdir, bayramın mahiyyətini vurğulayır”, — ekspert tövsiyə edib.

Düzgün olmayan qablaşdırma seçimi də səhvdir. Qablaşdırma bütün diqqəti üzərinə çəkməməlidir ki, güllərlə harmoniyanı pozmasın. Bu halda ən universal variant mat sellofandır. Onun ağ, çəhrayı, yaşıl və digər tonlarda variasiyaları mövcuddur. “Hazırda trenddə mat Koreya sellofanı və tishu kağızı var, bu da vizual olaraq kompozisiyaya həcm və bolluq əlavə edə bilir”, — deyə Kotelnikova vurğulayıb.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
1
redaktor.az

2Источники