RU

“Qarabağ” – “Nyukasl”: biletlərin qiymətləri

style='margin-bottom:10px;'>

UEFA Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Nyukasl” (İngiltərə) oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışda olacaq.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın standart biletlərinin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat olacaq.

VIP sektorlar: 200, 250, 300 və 400, VVIP sektorların qiyməti isə 1000 manatdır.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

Qeyd edək ki, "Qarabağ"la "Nyukasl" arasında ilk oyun fevralın 18-də, Bakıda olacaq və saat 21:45-də başlayacaq. Cavab görüşü isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.

Избранный
35
5
teleqraf.com

10Источники