"Bu ilin əvvəlində yaşanan dramatik hadisələr, o cümlədən ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi, Kubaya artan təzyiqi, İrandakı vəziyyəti pozmaq cəhdləri və Qrenlandiya ətrafında yaranan böhran - bütün bunlar dünyanın sürətli və çox dərin dəyişikliklər mərhələsinə daxil olduğunu göstərir", - deyə Lavrov qeyd edib.
Nazirin bildirdiyinə görə, qlobal inkişafın yeni mərhələsi uzunmüddətli xarakter daşıya və onilliklər davam edə bilər. Lavrov vurğulayıb ki, dəyişikliklərin əsas istiqaməti daha ədalətli və dayanıqlı çoxqütblü beynəlxalq sistemin formalaşması ilə bağlıdır.
Eyni zamanda, o qeyd edib ki, bu proses kəskin geosiyasi qarşıdurma fonunda gedir. Lavrovun sözlərinə görə, bir tərəfdə Qərbin ənənəvi liderləri, digər tərəfdə isə dünya əhalisinin böyük hissəsini təmsil edən yeni inkişaf mərkəzləri dayanır.