"Kolambus Kau"ya keçən Nəriman Axundzadə daha əvvəl Azərbaycanda oynamış Nikolas Hagenlə komanda yoldaşı olacaq.
Sportinfo.az xəbər verir ki, Qvatemaladan olan qapıçı 2024-cü ilin dekabrından MLS təmsilçisində çıxış edir.
29 yaşlı qolkiper 2020/2021 mövsümündə "Səbail"in formasını geyinib.
ABŞ klubu artıq Nəriman Axundzadənin transferini açıqlayıb. 22 yaşlı forvardla sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.
O, peşəkar karyerasında yalnız "Qarabağ"ın şərəfini qoruyub.