RU

AÇG-dən indiyədək dövlətə ötürülən səmt qazının həcmi açıqlanıb

"Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan indiyədək Azərbaycan dövlətinə ümumilikdə 61 mlrd. kubmetrdən çox səmt qazı təhvil verilib...

Bu barədə BP-nin Azərbaycanda fəaliyyətinə dair 2025-ci ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Qeyd edilib ki, bu günə qədər AÇG yatağından təxminən 4,6 milyard barel neft hasil edilib.

Məlumata görə, ötən il AÇG-də 10 neft hasilatı quyusu, 5 su injektoru, 1 qaz injektoru və şlamların yenidən laya vurulması üçün 1 quyu qazılıb və tamamlanıb.

Xatırladaq ki, AÇG üzrə saziş ilkin olaraq 20 sentyabr 1994-cü il tarixində imzalanıb. İlk neft Çıraq yatağından 7 noyabr 1997-ci il tarixində əldə edilib.

Poliqon.info

Избранный
11
1
poliqon.info

2Источники