RU

Ötən il ət məhsulları bu qədər bahalaşıb STATİSTİKA

Hurriyyet saytına istinadən ain.az xəbər verir.

2025-ci ildə Azərbaycanda ət və ət məhsullarının qiymətində ciddi artım müşahidə olunub. 

Statistik məlumatlara əsasən, ən böyük qiymət artımı sümüksüz mal ətində qeydə alınıb. Belə ki, yanvar ayında orta satış qiyməti 17,56 manat olan bu məhsul ilin əvvəli ilə müqayisədə 1,74 manat və ya təxminən 10 faiz artıb.

Konservləşdirilmiş mal əti də nəzərəçarpacaq dərəcədə bahalaşıb – qiymət 12,85 manatdan 14,45 manata qalxıb.

Sümüklü mal ətində də artım davam edib. İlin əvvəlində 14,46 manata satılan məhsul ilin sonunda 15,94 manata təklif olunub ki, bu da 1,48 manat fərq deməkdir. Qoyun ətində qiymət 1,02 manat, mal ciyərində 0,78 manat artıb. Emal olunmuş ət məhsullarında da bahalaşma var - suda bişmiş kolbasa 0,81 manat, hisə verilmiş kolbasa isə 0,74 manat bahalaşıb.

Toyuq əti bazarında isə vəziyyət nisbətən sabit qalıb. Toyuq ətində artım cəmi 5 qəpik, toyuq filesində isə 3 qəpik olub. Digər toyuq məhsullarında qiymət dəyişikliyi qeydə alınmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
hurriyyet.az

1Источники