RU

Əli Kərimli iyul hadisələrində AZTV-ni ələ keçirməklə bağlı tapşırıq verib – DTX

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindəndövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlıaraşdırma tədbirləri həyata keçirilib.

Trend xəbərverir ki, bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədriKərimli Əli Əmirhüseyn oğlu partiyanın üzvü Qəhrəmanlı Fuad Əlioğluna Milli Məclis və AZTV-nin nin inzibati binalarını ələkeçirmək barədə tapşırıqlar verib.

Belə ki, Əli Kərimli Azərbaycanın Qarabağ bölgəsindəErmənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstəküçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nəkeçən gecə Bakı şəhərində yürüş etdikləri zaman Fuad Qəhrəmanlı vədigərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplartəşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonravətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəzedərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləniidarə etməklə, Azərbaycan Respublikası Milli Məclisinin və“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibatibinalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələriilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlarverib.

Qeyd edilib ki, cinayət işi üzrə araşdırmalar davametdirilir.

Избранный
51
27
az.trend.az

10Источники