RU

"Şəfa"nın baş məşqçisi: "Səbail"lə matçda dominant tərəf biz olacağıq"

"Şəfa" I Liqanın XIV turunda bu gün "Səbail"ə qarşı keçirəcəyi oyunda dominant tərəf olacaq.

Bunu "Report"a açıqlamasında "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli deyib.

O, hazırlıq prosesi və rəqiblə bağlı gözləntilərini bölüşüb:

"Oyuna digər matçlar kimi ciddi hazırlaşmışıq. Məqsədimiz qalib gələrək xal fərqini artırmaqdır. Şansları 60-ın 40-a bizim xeyrimizə dəyərləndirirəm. Rəqib uduzacağı təqdirdə çempionluq yarışından uzaqlaşacağını bildiyi üçün daha çox müdafiəyə üstünlük verəcək. Düşünürəm ki, dominant tərəf biz olacağıq. Rəqiblər bizimlə oyunda çox sıx müdafiə olunub az boşluqlar verirlər ki, bu da işimizi çətinləşdirir".

E.Kərəmli komandadakı itkilərə də toxunub:

"Urfan İsmayılov "Zaqatala" ilə görüşdən sonra hələ də sağalmayıb, ayağında çat var idi. Vüqar Həsənov isə məşq prosesində zədələnib. Onun oynayıb-oynamayacağı sual altındadır. Lakin protokolda adı olacaq. Çətin olsa da, hər bir rəqiblə görüşdə məqsədimiz qələbə qazanmaqdır".

Qeyd edək ki, "Şəfa" hazırda 31 xalla turnir cədvəlinə başçılıq edir. 25 xala malik "Səbail" üçüncü pillədə qərarlaşıb.

Избранный
52
far.az

1Источники